Bakıda bankomatı sındıran qadınlar tutuldu
Bizi izləyin

Hadisə

Bakıda bankomatı sındıran qadınlar tutuldu

Bakıda iki qadın bankomata hücum edib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılmış bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanmış əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm