Bakıda polis əməkdaşları qəzaya düşdü: yaralılar var
Bizi izləyin

Hadisə

Bakıda polis əməkdaşları qəzaya düşdü: yaralılar var

Bakıda polis əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb.

“Report”un xəbərinə görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1987-ci il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi “Fiat Doblo” markalı avtomobil Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Rövşən Əzimovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə R.Nuriyev bel nahiyəsindən, onun sərnişini, 1989-cu il təvəllüdlü Elnar Aydınov baş nahiyəsindən xəsarət alıblar.

“Fiat Doblo” markalı avtomobilin sərnişinləri polis serjantlarıdırlar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm