Qaxda dəhşətli qəza: Məktəb direktoru və anası öldü - FOTOLAR
Bizi izləyin

Hadisə

Qaxda dəhşətli qəza: Məktəb direktoru və anası öldü - FOTOLAR

Dünən axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb. Onlar Səlihə Muradova və qızı Xanpəri Muradovadır. Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.

Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm