Xaçmazda 7-ci sinif şagirdi özünü asdı
Bizi izləyin

Hadisə

Xaçmazda 7-ci sinif şagirdi özünü asdı

Xaçmaz rayonunda gün ərzində iki intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ilk hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Səfi Müseyib oğlu Səfiyev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntihara ilkin səbəb kimi 78 yaşlı kişinin uzun müddətdir ki, xəstə olması və ağrılara dözə bilməməsi göstərilir.

Xaçmaz rayonunda ikinci intihar faktı isə Hacılar kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Südabə Dilavar qızı Əliyeva özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Kənd məktəbinin 7-ci sinif şagirdi olan Südabə Əliyevanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsində müayinə olunduqdan sonra ailələrinə təhvil verilib.

Hazırda ahıl kişi və 13 yaşlı yeniyetmənin intiharının dəqiq səbəbləri araşdırılır. Hər iki faktla bağla Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm