Bərdədə 14 yaşlı qız evdən qaçdı
Bizi izləyin

Hadisə

Bərdədə 14 yaşlı qız evdən qaçdı

Bərdə rayonunda 14 yaşlı qız evdən qaçıb.

Bu barədə anspress-ə onun valideynləri məlumat veriblər. Bildirdilər ki, şəhərin Sənaye küçəsində qeydiyyatda olan 2002-ci il təvəllüdlü Aynurə Şakir qızı Əsgərova ötən gün günorta saat 15 radələrində ailə üzvlərinin evdə olmamasından istifadə edərək heç kimə xəbər vermədən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Atası deyir ki, Aynurə evdən qaçmazdan bir neçə saat əvvəl məktəbdə müəllimi ilə hansısa bir narazılıq yaradıb və müəllimi də ona bu hərəkətini valideynlərinə deyəcəyini bildirib:

“Düşünürəm ki, qızım məndən qorxduğu üçün evdən qaçıb. O, evdən çıxaraq rayon avtovağzalına gedib və oradan da Bakıya yollanıb. Bizim paytaxtda qohumlarımız var. Ancaq Aynurə onların heç birinin ünvanını tanımır. Hazırda Bərdə polisi də hər yerdə qızımı axtarır”.

14 yaşlı qızın boyu təxminən 160 sm, orta bədən quruluşludur. Evdən çıxarkən əynində cins şalvar, qırmızı kofta, əlində isə məktəbli çantası olub.

Valideynləri Aynurə Əsgərovanı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamalarını xahiş edir:

050- 419- 85- 78 (Atası Şakir Əsgərov)

050- 460- 53- 49

050- 352- 41- 28

Oxumağa davam et
Reklam
Reklam

Gündəm