• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Azərbaycana məxsus təyyarə Əfqanıstanda qəzaya uğrayıb - ölənlər var (YENİLƏNİB)

  • Hadisə
  • 19 May 2016 02:02
  • 1 655 Baxış
Azərbaycana məxsus təyyarə Əfqanıstanda qəzaya uğrayıb - ölənlər var (YENİLƏNİB)

Mayın 18-də “Silk Way” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

***

Təyyarə pilotlarının yaxınlarının "Report"a verdiyi xəbərə görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.

Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.

***

Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Publika.az-a verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur.

Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir. İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>