Hadisə
Azərbaycanda kreditini ödəyə bilməyən müştəri həbs olundu
Xəzər rayon məhkəməsinin hakimi Rəşad Həsənov 2 may 2016-cı il tarixdə 6 nəfərlik ailə başçısı, şuşalı məcburi köçkün Əlixanov Cavid Kamil oğlunu 10 gün müddətinə inzibati qaydada həbs edib. Səbəb vətəndaşın Nikoyl Bankın 5135 dollar məbləğində kreditini ödəyə bilməməsidir.
Fins.az xəbər verir ki, bu barədə məlumatı bank üzrə ekspert
Əkrəm Həsənov sosial şəbəkədə yayıb.
Ekspert qeyd edib ki, qərarda vətəndaşın işsiz və məcburi köçkün
olması vurğulanır: “Vətəndaş ailəsi ilə Buzovna qəsəbəsindəki
“Çiçək” istirahət sanatoriyasında məskunlaşıb. Ailədə heç kəsin
gəliri yoxdur. Buna görə də vətəndaş məhkəməyə borcu imkansızlıqdan
ödəmədiyini bildirib. Buna baxmayaraq, hakim qərarda heç bir əsas
olmadan qeyd edir ki, vətəndaş “dolayısı yolla məhkəmə qərarının
icrasından yayınır və icra vərəqəsininin icrasını dolayı şəkildə
icra etmir” (hakimin fikir ifadə etmək qabiliyyətini kənara qoyaq),
“icra sənədini indiyədək üzrsüz səbəbdən icra etməmişdir”.
Bunu rəhbər tutaraq hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) tətbiq edib”.
Ə. Həsənov bunun qanunsuz olduğunu diqqətə çatdırıb: “Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Gəliri olmayan, heç ailəsini saxlamağa pulu olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir? Vətəndaşın gəlirinin olması vergi orqanından dəqiqləşdirilib? Vergi ödəmirsə, demək, gəliri də yoxdur! Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Vətəndaşın təqsiri nədir? Kasıb olması? Təqsirsiz insanın həbsi Konstitusiyamıza ziddir.
Eyni zamanda qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”.
Onun sözlərinə görə, vətəndaş Avropa Məhkəməsinə şikayət edə bilməyəcək: “Çünki qərardan apellyasiya şikayəti verməsi müddətini (10 gün) buraxıb. Bizə, yəni Antikollektora artıq həbsdən çıxandan sonra müraciət edib. Çünki onu indi yeni həbslərlə, hətta cinayət məsuliyyəti ilə hədələyirlər. Təbii, biz vətəndaşı müdafiə edəcəyik”.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü