Ermənilər yenə öz pilotsuz uçan aparatlarını vurdular
Bizi izləyin

Hadisə

Ermənilər yenə öz pilotsuz uçan aparatlarını vurdular

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını (PUA) vurublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm