Bakıda 8 DYP maşınının qovduğu KİA qəzaya uğradı - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda 8 DYP maşınının qovduğu KİA qəzaya uğradı - FOTOLAR

Bakıda yol polisinin təqib etdiyi avtomobil qəza törədib.

Publika.az-ın qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, yol polisinin "saxla" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşan "KİA" markalı, 90 SB 808 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq qəza törədib. Həmin avtomobilin 8 yol polisi avtomobili ilə təqib edildiyi bildirilir.

Qəza nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları sürücünün maşını yenidən işə salıb qaçmasının qarşısını almaq üçün avtomobilin təkərlərini dehiblər. Sürücünün hansı səbəbdən əmrə tabe olmamasının səbəbi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm