Cəbhəyanı rayonlarda 6 mina partladıldı
Bizi izləyin

Hadisə

Cəbhəyanı rayonlarda 6 mina partladıldı

Azərbaycanın cəbhəboyu rayonlarında daha 6 partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.

Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

ANAMA-nın 19 may tarixi üçün hesabatı:

Tərtər rayonu

Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik partlamamış top mərmisi və 152 mm-lik partlamamış top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, 14 000 kv. m. ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatları)

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb, 8 000 kv. m. ərazi yoxlanılıb.

Qazyan kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 420 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Çəmənli kəndi - 1 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb.

Zəngişalı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Hacılar kəndi - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

(DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatı)

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 605 kv. m ərazi yoxlanılıb.

19 May tarixində 4 ev və həyətyanı sahədə, 6 əkin sahəsi, 25 partlayış yerinə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib (2 ədəd 122 mm-lik partlamamış top mərmisi, 2 ədəd 152 mm-lik partlamamış top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi), gün ərzində 36 025 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 19 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 500 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 428 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm