Hadisə
Bank kartlarından qanunsuz pul çıxaran şəxs tutuldu - FOTO
Respublikanın daxili işlər orqanları kibercinayətlərlə
mübarizə, onların qarşısının alınması və ifşa edilməsi
istiqamətində daha bir əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata
görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları
tərəfindən keçirilən tədbirlər nəticəsində 30-a yaxın vətəndaşın
bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda
pul vəsaitlərini ode.az, hesab.az, apus.com, e-pul.az, gpen.com və
sair ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Göygöl rayon
sakini İbrahim Məmmədzadə tutulub.
Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək bildirib ki,
informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən
istifadə edərək internet vasitəsilə onlayn bank əməliyyatları
aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin
məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini
əldə edib.
Daha sonra İ.Məmmədzadə həmin şəxslərin hesablarında olan
pulları qeyd olunan onlayn ödəniş saytları vasitəsilə bu məqsəd
üçün yaratdığı hesablara köçürərək nağdlaşdırıb.
İ.Məmmədzadənin istifadə etdiyi kompüterlərə baxış zamanı
elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər
müəyyən edilərək götürülüb.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular