Bakıda ata qızını bıçaqladı
Bizi izləyin

Hadisə

Bakıda ata qızını bıçaqladı

Bakıda qızını boğazından bıçaqlayan ataya cinayət işi açılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1968-ci il təvəllüdlü Malik Mirzəyev qızı, 1992-ci il təvəllüdlü Vüsalə Fəttahovanın boğazından iki bıçaq zərbəsi vurub. V.Fəttahova Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.

Qızını bıçaqlayan ata Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm