Hadisə
Bakıda polis əməkdaşı qəza törədib, iki nəfər xəsarət alıb - FOTO
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb.
Şosenin Zabrat qəsəbəsi istiqamətində olan hissəsində “Opel” markalı 10 TZ 942 dövlət nömrə nişanlı minik maşını və NİVA markalı 99 FN 095 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində NİVA-nın sürücüsü Əliyev Cəlal Camal oğlu və “Opel”in qadın sərnişini xəsarət alıblar.
Cəlal Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazilriyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun anasının həmin xəstəxanada həkim işlədiyi bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi