Hacıqabulda özünü yandıran qadın həlak olub
Bizi izləyin

Hadisə

Hacıqabulda özünü yandıran qadın həlak olub

Hacıqabulda intihara cəhd edən qadın dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1941-ci il təvəllüdlü B. İbrahimov küçəsi, ev 1/6 ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib. O, bədənin 90%-nin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər.

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.

Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm