Masallıda 14 yaşlı uşaq suda boğulub
Bizi izləyin

Hadisə

Masallıda 14 yaşlı uşaq suda boğulub

Masallıda 14 yaşlı sakin suda boğulub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni ğöldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Həbibov Rahid Cavid oğlunun cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:42-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm