Bakıda iki avtomobil yandı
Bizi izləyin

Hadisə

Bakıda iki avtomobil yandı

Bakıda avtomobil yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşlara məxsus "Ford" və "Mazda" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin mühərrik hissələri yanıb.

Qəza zamanı "Ford" markalı avtomobilin sürücüsü, avtomobildə olan 1 nəfər və "Mazda" markalı avtomobilin sürücüsü avtomobildən çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm