Məktəbdəki yanğın söndürüldü (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Məktəbdəki yanğın söndürüldü (YENİLƏNİB)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi(BŞTİ) məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu gün saat 09.10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.

Məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

***

Bakının Xətai rayonu, 95 saylı orta məktəbdə baş verən yanğın hadisəsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Nazirlik sözçüsü bildirib ki, hadisə binanın birinci mərtəbəsindəki sinif otaqlarından birində baş verib. Nazirliyin yanğın mühafizə xidmətinin əməkdaşları hadisə yerində olub və şagirdlər təxliyyə olunaraq yanğının qarşısı alınıb. Hadisə nəticəsində heç bir partlayış hadisəsi olmayıb. Hadisə nəticəsində yanğın baş verən otaqda medel dəsti yanıb.

***

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın başlayıb.

APA-nın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm