FHN məktəbdəki yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN məktəbdəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumata görə, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriiyib.

Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm