Uçurumda ŞOK HADİSƏ: Azərbaycanlı tələbənin intihar cəhdi
Bizi izləyin

Hadisə

Uçurumda ŞOK HADİSƏ: Azərbaycanlı tələbənin intihar cəhdi

Bu gün saat 14:00 radələrində Naxçıvan Dövlət Universitetinin tələbəsi intihara cəhd edib.

Publika.az-a universitet tələbələrindən birinin verdiyi məlumata görə, Kənan adlı tələbə “Hyundai Sanata” markalı avtomobili ilə NDU-nun yaxınlığındakı uçuruma yuvarlanıb.

Olay yerində olan mənbə hadisənin intihar kimi qiymətləndirildiyini deyir: “Həmin şəxsin soyadını və hansı fakultənin tələbəsi olduğunu öyrənə bilmədim. Ancaq hadisənin intihar olduğu ehtimal edilir. Biz qayıdanda rektor olay yerinə gedirdi”.

Qeyd edək ki, olay nəticəsində tələbənin boynu sınıb, ancaq həyatdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm