Ermənilər Ağdamın işğal olunmuş hissəsinə od vurdular
Bizi izləyin

Hadisə

Ermənilər Ağdamın işğal olunmuş hissəsinə od vurdular

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər.

APA-nın xəbərinə görə, bu gün Ermənistan Silahlı Qüvvələri irimiqyaslı hərbi təlimləri başa vurduqdan sonra ərazilərə od vurublar. Təlimlərdən dərhal sonra işğal altında olan yaşayış məntəqələrində güclü tüstü müşahidə olunub. Hazırda sözügedən ərazidə yanğın davam edir.

Qeyd edək ki, bu gün günün ikinci yarısında erməni silahlı bölmələri nəzarət etdikləri ərazilərdəki dağ massivlərində və düzəngahlarda canlı qüvvə, zirehli texnika və artilleriya qurğularından istifadə edərək təlimlər keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm