Gömrük Komitəsinə məxsus avtomobil yanıb
Bizi izləyin

Hadisə

Gömrük Komitəsinə məxsus avtomobil yanıb

Dövlət Gömrük Komitəsinə məxsus avtomobil Qaradağ rayonu ərazisində yanıb.

Musavat.com-un məlumatına görə, hadisə Lökbatan-Xocasən yolunda, Lökbatan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Bədəlovun idarə etdiyi Dövlət Gömrük Komitəsinə məxsus "Pejo" markalı 10 PR 382 nömrəli avtomobil qısa qapanmadan alışıb.

Avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm