Samuxda 25 yaşlı gənc bıçaqlandı
Bizi izləyin

Hadisə

Samuxda 25 yaşlı gənc bıçaqlandı

Samux rayonunun Sərkar kəndində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Abbas Səhət adına Xəstəxanadan Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, 25 yaşlı Maqadin Musayev tibb müəssisəsinin cərrahiyyə şöbəsinə gətirilib. Müayinə zamanı döş qəfəsinin sol yarısının arxa və ön səthini dəlib keçən yarası diaqnozu qoyulub.

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm