İtkin düşən 9 yaşlı qız tapıldı (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

İtkin düşən 9 yaşlı qız tapıldı (YENİLƏNİB)

Bakıda itkin düşən 9 yaşlı qız tapılıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2007-ci il təvəllüdlü Nərmin Ramil qızı Tağızadə Yasamal rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

***

Bakıda 9 yaşlı qız itkin düşüb.

APA-nın məlumatına görə, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni massivdə yaşayan, Ramil Tağıyev ötən gün axşam saatlarında polisə ərizə ilə müraciət edərək qızı, 2007-ci il təvəllüdlü Nərmin Tağızadənin evdən çıxaraq qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm