Hadisə
Ağdaşda dayı bacısı oğlunu baltaladı - DƏHŞƏT
Ağdaş rayonunda dayı bacısı oğlunu baltalayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kükəl kəndində qeydə alınıb. Mingəçevir şəhər sakinləri olan 1970-ci il təvəllüdlü İbrahimov Cavid Mayıl oğlu və onun bacısı oğlu, 1978-ci il təvəllüdlü Sofiyev Mustafa Rüfət oğlu Ağdaşın Kükəl kəndində spirtli içki qəbul edəndən sonra onların arasında münaqişə yaranıb. Cavid İbrahimov onu söyən bacısı oğlu Mustafa Sofiyevin başına, sifətinə və qollarına balta ilə bir neçə dəfə xəsarət yetirib.
Çoxlu qan itirən Mustafa Sofiyev təcili olaraq Ağdaş Rayon
Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafa
Sofiyev əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır. Hadisəni
törədən Cavid İbrahimov saxlanılaraq istintaqa təhvil
verilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib