Hadisə
“Atam 5 min manat verərək, anamı videoya çəkməyi tapşırıb” - TƏFƏRRÜAT
Sifarişli qətl, quldurluq və narkotik maddələrin
satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev
ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin
Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay,
Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay,
Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə
azadlıqdan məhrum edilib.
Bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok
təfərrüatlarını təqdim edirik.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bürhan
Şirəliyev bildirib ki, 2005-ci ildən Rusiya Federasiyasının Nijnıy
Novqorod şəhərində atası Oruc Şirəliyevlə birlikdə yaşayıb:
“Sonradan hərbi xidmətə getməmişəm. Atam Nijnıy Novqorod şəhəri,
Kanavinsk rayonunun Zelyonaya küçəsində, 40 saylı həyət evinin 2
saylı mənzilini kirayələyib və mınimlə birlikdə yaşayıb. Orada
mərkəzi bazarda köynək satışı dükanı işlətməklə ailənin kifayət
qədər dolanışıq pulunu qazanmışıq. Həm də 3 ədəd “Qazel” tipli
mikroavtobus alaraq Şəkidə marşruta icarəyə vermişik və ondan da
anama hər ay pul verilib”.
“Anamı boşamaq niyyəti olub”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2008-ci ildə anası da
onların yanına gəlib və 2 ay orada qalandan sonra Rusiyada yaşamaq
istəməyib, bu səbəbdən də Şəkiyə qayıdıb:“2013-cü ilin yanvarında
anam Şəkiyə qayıdanda Vüsalla tanış olub. Həmin vaxt anam Sevinc və
qardaşım Mərdan Bakı şəhərində Montin adlanan ərazidə bina evində
kirayədə yaşayıblar. Vüsal da tez-tez həmin kirayə evə gəlib-gedib.
Anam Vüsalla birlikdə turizm firmasında işlədiklərini deyib. Mən də
Bakıya gələrək həmin evdə qalmışam. Vüsal mənə Bakının gəzməli
yerlərini göstərib. Orada bir ay qalandan sonra 2013-cü ilin mart
ayında atam da Şəkiyə gəldi. Həmin vaxt anam istifadəmdə olan mobil
nömrəyə mesajlar yazdı. Mesajda qeyd edilmişdi ki, atam kiməsə 5
min manat verərək gecə evə soxulub və anamın namusuna sataşmağı
tapşırıb. Atam bundan istifadə edərək anamı məhkəmədə boşamaq
istəyib. Anam atamın evə basqın hazırlamaq planını Vüsalın dediyini
bildirdi. Buna görə də Vüsala zəng vurdum və anamın dedikləri ilə
maraqlandım. Vüsal atamın doğrudan da belə bir məsələni
planlaşdırdığını, bunu İqbaldan eşitdiyini bildirdi”.
“Atamı öldürəcəyimi dedim”
Bürhan Şirəliyev qeyd edib ki, daha sonra Mərdan ona zəng vurub və
Şəkidə evlərinin həyətində işləyən ustaların anasına baxanda
atasının qeyrətsizlik eləyərək ustalara bir söz demədiyini
bildirib: “Bunları bildikdə hirsləndim və telefonda atamı
öldürəcəyimi dedim. Vüsal mənə dedi ki, hər şeyin öz yolu var, mən
özüm onu Şəkidə öldürtdürəcəyəm. Lakin sonrakı günlərdə Vüsal mənə
zəng vuraraq “sənin yanına Şəkidən bir nəfər gəlib telefonuna zəng
vuracaq, sən ona öz evinizin yerini və atanın gəlib-getdiyi
marşrutu göstər” deyə tapşırıq verdi. Bir neçə gün sonra Nijnıy
Novqorodda işlətdiyim nömrəyə Şəkidən gəlmiş Elçin adlı oğlan zəng
vurdu və Vüsal tərəfindən göndərildiyini söylədi. Elçini dəmiryol
vağzalında qarşıladım və bir gecə öz evimizdə saxladım. Evə gedən
yolu, küçəni və atamın bir qayda olaraq mindiyi tramvay xəttini
Elçinə göstərdim”.
Təqsirləndirilən şəxs bildirib ki, bir həftədən sonra Nijnıy
Novqoroddan təyyarə ilə Moskvaya, oradan da Bakı şəhərinə gəlib:
“Atam isə həmin gün Şəkidən avtobusla Bakıya çıxdı və növbəti gün
avtobusla Nijnıy Novqoroda getdi. Bu müddət ərzində atam ilə
telefon danışığım olmayıb. Şəkiyə çatandan sonra Vüsalla birlikdə
yenə Bakıya gəldim və 20 yanvar deyilən ərazidə avtosalondan
VAZ-2107 markalı avtomaşın aldım. Sonra yenidən Şəkiyə
qayıtdım”.
“Dedi ki, Elçin ona vəd etdiyimiz 10 min manat pulu
istəyir”
Bürhan Şirəliyevin sözlərinə görə, həmin gün Şamaxıda olanda anası
zəng vurub və Nijnıy Novqorodda atasının bıçaqlandığını deyib: Anam
atamın ölmədiyini və xəstəxanaya düşdüyünü söylədi. Hadisədən 4-5
gün əvvəl Vüsalın hər şeyi anamla danışaraq razılaşdırdığını da
bilmişəm. Aprelin 17-də atamın meyitini Şəkiyə gətirərək dəfn
etdik. Sonrakı vaxtlarda Vüsal evdə anamla mənə dedi ki, Elçin ona
vəd etdiyimiz 10 min manat pulu istəyir, İqbal da deyir ki, cəmi 20
min manat verməlisiniz. Elçini bu iş üçün İqbal tapmışdı”.
Bürhan Şirəlyev bildirib ki, 2013-cü ilin yayında anası Şəkidə olan
ikinci evi 32 min dollara İlham adlı adama satıb: “Həmin puldan 9
min dollara özümə Bakı şəhərində xatırlamadığı bir şəxsdən baş
etibarnamə ilə “Mercedes E-230” markalı avtomaşın aldım. 2013-cü
ilin avqust ayında Vüsalın təkidi və anamın razılığı ilə həmin
maşını Elçinə verməli oldum. Vüsal həmin vaxt Elçin tərəfindən
öldürüləcəyindən qorxdu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ilin yayında İqbal
pula görə Vüsalla mübahisə aparıb: “Vüsalla birlikdə oğru aləmində
tanınan, 14 il həbsdə yatıb-çıxmış adam kimi tanıdığı Masallı rayon
sakini Zaman adlı şəxsin yanına getdik. Zamanın evində bir gecə
qaldıq və növbəti gün Zamanla birlikdə Şəkiyə qayıtdıq. Vüsal
Zamanla söhbətini mənim iştirakım olmadan edib. Zamanın Şəkidə
kimin evində qalmasını, sonra nə baş verməsini bilməsəm də, 2-3
gündən sonra Masallıya getdiyini Vüsaldan eşitdim. Daha 2-3 həftə
sonra Vüsal da Masallıya getdi və təxminən 1 aydan sonra Şəkiyə
qayıtdı”.
“Anam ehtiyatlı olmağı məsləhət gördü”
Bürhan Şirəliyev daha sonra ifadələrində göstərib ki, 2013-cü
ilin oktyabr ayının sonlarında evdə olan söhbətlərdə Kamran ona
tanışı Xanların öz evlərindən birini satdığını, azı 200 min manat
pulu, çoxlu qızılı olduğunu deyib: “Belə olanda Vüsal, mən və
Kamran Xanların evinin yanına getdik. Orada evi müşahidə etdik və
sonra da evə basqın etməyi planlaşdırdıq. Bütün bu söhbətlər anamın
iştirakı ilə olub. Anam hər dəfə belə söhbətlər olanda bizə
ehtiyatlı olmağı, ələ keçməməyi məsləhət görüb”. Bürhan Şıxəliyev
daha sonra ifadəsində Xanlar adlı şəxsin evinə basqın etməklərindən
danışıb. Onun sözlərinə görə, Xanların evindən cəmi 3600 manat
çıxıb. O, qeyd edib ki, həmin pulu Kamranla bərabər
bölüşüblər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü il yanvar ayının əvvəllərində Kamran topdansatış dükanı işlədən dayısı Rəsulun “Folsvagen Touareq” markalı cip maşınında evinə hər gün 60-70 min manat apardığını danışmağa başlayıb və Vüsala axşam vaxtı Rəsul öz qapısına çatanda silahlı basqın edərək pulunu almağı məsləhət görüb: “Bu məqsədlə Vüsal və Kamran 2-3 dəfə qaranlıq düşən saatlarda Rəsulun evinin yerləşdiyi çaylaq tərəfə getdi, qayıdanda imkan olmadığını, oradan çoxlu maşın keçdiyini, Rəsulun maşınının qapıları avtomatik bağlandığından və şüşəsi qalın olduğundan ona öz maşınının içərisində basqın etməyin mümkün olmadığını dedilər. Vüsal gecə vaxtı Rəsulun evindən pulu oğurlamağı, lakin Rəsulun şübhələnməməsi üçün həmin vaxt Kamranın Bakıya getməsini, orada kameralara düşməsini qərara aldı”.
“Nə pul, nə də qiymətli qızıl zinət əşyaları tapa
bilmədik”
Bürhan Şıxəliyev qeyd edib ki, növbəti günlərin birində onların
evində söhbət zamanı Kamran “sabah “Xançinar” restoranında Rəsulun
qardaşının oğlunun nişanı var, evdə heç kim olmayacaq”, deyib:
“Bunu eşidəndə Vüsal taksi sürücüsü Rüfətin mənim birlikdə gecə
vaxtı Rəsulun evindən azı 200 min manat pul oğurlamağı, Kamranın
isə bu vaxt Bakıda olmasını məsləhət gördü. Həmin söhbətlərin
hamısı anamın iştirakı ilə olub. Növbəti gün saat 20 radələrində
Vüsalın zəngi əsasında Rüfətin idarə etdiyi VAZ-21099 markalı
avtomaşınla Rəsulun evinin yanına getdik. Vüsalın göstərişi ilə daş
hasardan aşdım və içəri tərəfdən qapının cəftəsini açdım. Vüsal da
həyətə girdi və bu zaman həyətdə birmətrəbəli adi evdə işıq
yanmırdı. Evə daxil olaraq içərini axtarmağa başladıq. Təxminən
yarım saat ərzində ələk-vələk eləsək də, nə pul, nə də qiymətli
qızıl zinət əşyaları tapa bildik”.
Bürhan Şirəliyev daha sonra deyib ki, 2014-cü ilin fevral ayının əvvəllərində özünə xarici pasport alanda barmaq izləri götürüldüyü üçün anası onu bir daha Vüsal ilə heç bir oğurluğa buraxmayıb:
“Vüsal isə Kamranla birlikdə Baş Zəyzid kəndində bankomatdan pul oğurlamağı planlaşdırıb, bunun üçün yenə çeçenka tipli papaqlar düzəldib, avtogen deyilən qaz qaynaq balonları və qurğu, iri qayka açarı, elektroşok deyilən fonar formalı bir qurğu tapıb. Bunların hamısını bizim evin zirzəmisində saxlayıb. Təkcə tüfəng Kamranda qalıb. Anamın bu işdən və söhbətlərdən məlumatı olub. Vüsal bu işi Mikayıl, Kamran və taksi sürücüsü Rüfətlə etməyi nəzərdə tutub. 2014-cü ilin yanvar və fevral aylarında bir neçə axşam yığışıb getsələr də, qayıdanda seyfi avtogenlə kəsə bilmədiklərini, bir dəfə də polis maşını keçdiyindən işlərin alınmadığını deyiblər. Vüsalın nəşə çəkdiyini bir neçə dəfə görmüşəm. Amma iynə vurmasına təsadüf etməmişəm”.
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi