• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

Füzulidə partlamamış 4 mərmi tapılıb - FOTO

  • Hadisə
  • 24 May 2016 21:39
  • 381 Baxış
Füzulidə partlamamış 4 mərmi tapılıb - FOTO

Füzulidə 4 ədəd partlamamış mərmi tapılıb. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.

Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 13 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 3 ev və həyatyanı sahə, 12 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 21 000 kv.m ərazi təmizlənib.

Ağcabədi rayonu

Hacılar kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarilə 20 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış 82 mm-lik minaatan mərmisi aşkar olunaraq götürülüb, nəticə etibarilə 630 kv.m ərazi yoxlanılıb.

Mayın 24-də 3 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 17 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış 82 mm-lik minaatan mərmisi aşkar olunaraq götürülüb və gün ərzində 41 630 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 24 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 518 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 457 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>