Gömrükdən növbəti siqaret əməliyyatı - FOTO
Bizi izləyin

Hadisə

Gömrükdən növbəti siqaret əməliyyatı - FOTO

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm