İtkin düşən iki uşaq atası tapılıb - FOTO
Bizi izləyin

Hadisə

İtkin düşən iki uşaq atası tapılıb - FOTO

Qax rayonunda itkin düşən 30 yaşlı Əhməd Şükür oğlu Qabulov tapılıb.

Kanal S (Region TV) xəbər verir ki, Qax Rayon Polis Şöbəsindən bildirilib ki, polisin keçirdiyi xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində Əhməd Qabulov rayonun Zəyəm kəndi ərazisində tapılıb.

Qax şəhəri, Azərbaycan prospekti, ev 13 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Arandan yaylağa köçən çobanlara qoşularaq Zaqatalaya getmək istəyib. Şöbənin əməliyyat-axtarış qrupu onun yerini müəyyənləşdirib və Əhməd Qabulov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Qeyd edək ki, iki azyaşlı uşaq atası olan Ə.Qabulov mayın 22-də axşam saatlarında evdən çıxaraq bir daha qayıtmayıb. Ailəsinin bildirdiyinə görə, o, əqli qüsurludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm