Avtomobil yoldan çıxaraq aşdı
Bizi izləyin

Hadisə

Avtomobil yoldan çıxaraq aşdı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-ci kilometrliyində ağır yol qəzası baş verib.

Kanal S (Region TV) xəbər verir ki, Şamaxı rayon sakini 1990-ci il təvəllüdlü Əzizov Rizvan Şərafəddin oğlu idarə etdiyi ford markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisədə sürücü Əzizov Rizvan və onun sərnişinləri Qobustan rayon Ərəbsalbaş kənd sakini 1997-ci il təvəllüdlü Ağayev Vurğun Vüqar oğlu, Qəbələ rayonunun Vəndam qəsəbə sakinləri 1961-ci il təvəllüdlü İsayeva Bahar Qüdrət qızı və 2003-cü il təvəllüdlü İsayeva Elvira Allahverdi qızı müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Xəstələrin vəziyyəti normaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm