• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Bir gündə 2 qətl: daha bir erməni hərbçisi bıçaqlanaraq öldürüldü

  • Hadisə
  • 26 May 2016 15:36
  • 475 Baxış
Bir gündə 2 qətl: daha bir erməni hərbçisi bıçaqlanaraq öldürüldü

Ermənistan ordusunun hərbçisi Akop Qevorkyan hərbi xidmət keçdiyi hərbi hissədə bıçaqlanaraq öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “N” saylı hərbi hissədə xidmət edən çavuş Akop Qevorkyan bıçaqla döş qəfəsindən vurulub.

Ermənistan İstintaq Komitəsi qətl faktı üzrə cinayət işi qaldırıb. Faktla bağlı hərbi hissənin əsgəri Q.Kosoqoblyan şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaqın məlumatlarına əsasən, Qevorkyan və Kosoqoblyan arasında mübahisə olub. Mübahisə daha sonra qarşıdurmaya keçib.

Qeyd edək ki, bu gün Ermənistan ordusunun hərbçisi Vaqe Yeqoyanın da öldürüldüyü barədə məlumat yayılıb. Onun avtomatdan aşılan atəşlə qətlə yetirildiyi bildirilir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>