Ailənin tək uşağı faciəli şəkildə öldü (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Ailənin tək uşağı faciəli şəkildə öldü (YENİLƏNİB)

Masallı Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində yaşayan kənd sakini 2014-cü il təvəllüdlü Dəniz Beyrək qızı Qasımova evlərində valideyn nəzarətindən yayınaraq "razetka"ya mismar salıb və onu cərəyən vurub.

Yüksək gərginlikli elektrik cərəyanına məruz qalan körpə dünyasını dəyişib.

Məlumata görə, Dəniz Qasımova ailənin tək övladı imiş və valideynlərinin birgə nikahından uzun illər sonra dünyaya gəlibmiş.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Masallı rayonunda 2 yaşlı uşağı elektrik cərayanı vuraraq öldürüb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 26-da Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan 2 yaşlı Dəniz Qasımovanı evlərində elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm