Hadisə
Polis rəisi qəzaya düşdü
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.
Publika.az "Report"-a istinadən xəbər verir ki,
hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon
Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş
verib.
Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edət edən
HUNDAİ İX 35 markalı 90-AP-579 dövlət qeydiyyat nişanlı minik
maşınının idarə edən Etibar Abduyev idarəetməni itirərək yoldan
çıxıb və aşıb. Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən
xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX)
aparılıb.
Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra o, Bakıdakı
xəstəxanaların birinə göndərilib.
Hadisəyə səbəb magistral yolda maşının önünə iri buynuzlu
malın-qaranın çıxması olub.
Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin
rəisidir. O, qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda
avtomaşını özü idarə edirmiş.
Xatırladaq ki, E.Abduyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-yə rəis təyin edilib. Faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR