Lerikdə olay: qonşular dava zamanı bir nəfərin hər iki qulağını kəsdilər - FOTOLAR
Bizi izləyin

Hadisə

Lerikdə olay: qonşular dava zamanı bir nəfərin hər iki qulağını kəsdilər - FOTOLAR

Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb.

"Report"un cənub bürosunun verdiyi məlumata görə, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəmnində baş verib.

Hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib.
Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir.Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lənkəran RMX-dan "Report"a bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədinin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm