Füzulidə partlamamış top mərmiləri aşkarlanıb - FOTO
Bizi izləyin

Hadisə

Füzulidə partlamamış top mərmiləri aşkarlanıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan bildiriblər ki, Tərtər rayonunun Şıxarx kəndində 3 evə və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 14 000 kvadratmetr ərazi yoxlanılıb (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı). Cəmilli kəndində 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8000 kvadratmetr ərazi yoxlanılıb.

Ağcabədi rayonunun Hacılar kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 13000 kvadratmetr ərazi təmizlənib.

Füzuli rayonunun Şükürbəyli kəndində 6 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 120 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkarlanıb, nəticə etibarı ilə 3016 kvadratmetr ərazi yoxlanılıb.

Mayın 30-da 3 evə və həyətyanı sahəyə, 9 əkin sahəsinə, 20 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi, 2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 38016 kvadratmetr ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 543 evə və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 4 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1477 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm