Qadın sürücü qəza törətdi: yaralılar var - FOTOLAR
Bizi izləyin

Hadisə

Qadın sürücü qəza törətdi: yaralılar var - FOTOLAR

Siyəzən rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 101-ci kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Annanur qızı Nəzərovanın idarə etdiyi "Chevrolet” markalı, 99-EP-596 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman, Bakı şəhər sakini Kamal Məmmədağa oğlu Kərimovun idarə etdiyi “Nissan” markalı, 10-ZO-179 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb.

Nəticədə “Chevrolet” markalı avtomobilin sürcüsü G.Nəzərova və onun sərnişini Bakı şəhər sakini 20 yaşlı Aygün Tofiq qızı Məstiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Təcili Tibbi Yardım Xidmətinin Siyəzən Regional şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm