Hadisə
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil
olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, avqustun 1-dək 75.620.079,90 AZN, 212.373,88 ABŞ
dolları, 3893,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər
səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını
möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək
məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı
Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə
maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən
hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə
vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər
daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı
Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının
möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial
müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!