Bakıda bir binada iki mənzil yanıb
Bizi izləyin

Hadisə

Bakıda bir binada iki mənzil yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m² olan 4 otaqlı mənzilin 2 otağının, hamamın və eyvanının yanar konstruksiyaları 38 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd rəf və 1 m² sahədə tavan yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm