• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Lənkəranda ağır qəza: 2 ölü, 1 yaralı - FOTOLAR (YENİLƏNİB)

  • Hadisə
  • 4 Avqust 2016 11:22
  • 735 Baxış
Lənkəranda ağır qəza: 2 ölü, 1 yaralı - FOTOLAR (YENİLƏNİB)

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, yol qəzası zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü Lənkəran sakini, 1986-cı il təvəllüdlü Famil Balarəhim oğlu İbadov və onun sərnişini Lerik rayonunun Bobogil kənd sakini Rasif Arif oğlu Bəndiyev hadisə yerində ölüblər.

"İVECO" markalı yük maşınının sürücüsü Lənkəran rayon sakini 1982-ci il təvəllüdlü Seymur Nizami oğlu Dadaşov hadisə zamanı yüngül xəsarət alıb.

***

10:38

Ələt -Asatara yolunda ağır yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, qəza yolun Lənkəran rayonu ərazisindən keçən 199 km-də baş verib.

Belə ki, "VAZ 2107" markalı 90-RC-124 dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə “İveco” markalı (iveko traget), H013-406 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə nəticəsində iki nəfər hadisə yerində dünyasının dəyişib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri deformasiyaya uğramış avtomobilin içərisindən meyitlərin birini çıxarılıb, digər meyitin çıxarılması üzrə iş davam etdirilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>