Kürdəmirdə ağır qəza: ölən və yaralananlar var - YENİ GÖRÜNTÜLƏR (VİDEO)
Bizi izləyin

Hadisə

Kürdəmirdə ağır qəza: ölən və yaralananlar var - YENİ GÖRÜNTÜLƏR (VİDEO)

Bu gün Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Publika.az "Report"a istinadən qəzadan sonrakı görüntüləri təqdim edir.

***

15:38

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 196-cı kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini Əli Əsəd oğlu Əkbərovun idarə etdiyi "KİA" markalı minik maşını ilə Kürdəmir rayonunun Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub. Nəticədə hər iki sürücü və "KİA" markalı minik maşınının sərnişinləri - sürücünün həyat yoldaşı, Leyla Yunus qızı Salahova, onların 2 aylıq övladları Yunus Əli oğlu Əkbərov və sürücünün qayınatası Yunus Əsgərxan oğlu Salahov ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq 33 yaşlı L. Salahova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm