• USD 1,7001 0,00% EUR 2,0949 -0,53%
    • GBP 2,3770 +0,03% RUB 0,0300 -0,33%

Cəlilabadda ailəli kişi tərəfindən qaçırılan qızdan XƏBƏR VAR

  • Hadisə
  • 20 Avqust 2016 11:17
  • 2 912 Baxış
Cəlilabadda ailəli kişi tərəfindən qaçırılan qızdan XƏBƏR VAR

Ötən gün Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız hələ də tapılmayıb.

Qaçırılan qızın atası Eldar Dadaşov məlumat verib. O bildirib ki, qızının harada olması məsələsi hələ dəqiqləşməyib: “Rayon polis şöbəsinin əməkdaşları, başda Namiq Camalov olmaqla hamı narahatdır. Hazırda onun tapılması istiqamətində iş gedir. Polis əməkdaşları təxmin edilən ərazilərə gediblər”.

E. Dadaşov qaçırılandan sonra qızının bir dəfə onla əlaqə yaratdığını deyib: “Harada olduğunu soruşdum, bilmədiyini dedi. Dedim ki, yerini de biz gələk, ya da siz çıxın gəlin, qorxmayın, narahatlığa əsas yoxdur. Yanında kim olduğunu soruşdum, amma cavab ala bilmədim, telefon söndü. Yenidən zəng vursam da, telefon bağlı idi.

Oğlanın valideynləri də qızımın hara qaçırıldığı dediklərinə görə bilmirlər. Övladım azyaşlı olduğu üçün himayəmdədir. Tələb edirəm ki, qızım evinə qayıtsın. Nişanlısının ailəsi də hərtərəfli narahatdır. Hamımız qızımın tapılmasını gözləyirik”. (qafqazinfo)

***

2016-08-19 12:06

Cəlilabad rayonunun Boyxanlı kəndində xoşagəlməz hadisə baş verib.

17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb. Hadisə avqustun 18-i saat 23:00 radələrində baş verib.

Qaçırılan qızın atası Eldar Dadaşov saytımıza açıqlamasında faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib: “Hadisə qızımın bacısı ilə ayaqyoluna gedən zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki, qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa insan oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı”.

E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: “Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə tüfüyli, avara kimi tanınır. Bir müddət əvvəl öz qohumu ilə evil olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axam qızımı qaçırıb”.

Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq, Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümü polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. O, isə hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməli, qulduru saxlamalıdır”.

E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: “Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızımızı geri istəyirik. Oğlanın valideynləri də onun necə tərbiyyəsiz insan olduğunu bilirlər. Onlarda qızımın tapılmasını istəyirlər.

Gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıya, “Yeni Günəşli” qəsəbəsində yaşayan bacısının evində gizlənir. Polisin işə laqeyd yanaşması qızımızın tezliklə geri qaytarılmasına maneə olur”. (azvision.az)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>