Anasını zorlanmadan xilas edən 6 YAŞLI UŞAĞIN FACİƏLİ ÖLÜMÜ
Bizi izləyin

Hadisə

Anasını zorlanmadan xilas edən 6 YAŞLI UŞAĞIN FACİƏLİ ÖLÜMÜ

Cənubi Afrika Respublikasında 6 yaşlı oğlan həyatı bahasına anasını təcavüzdən qurtarıb.

Publika.az The İndependent-ə istinadən bildirir ki, Şimali Keyp bölgəsinin sakini Seqomoso Qarskeyp oğullarını - 8 yaşlı Tabisonu və 6 yaşlı Kutlvanonu məktəbə aparırdı. Ailə məktəbə çatanda onlara bir kişi yaxınlaşıb və qadından pul tələb etməyə başlayıb. Rədd cavabı alanda cinayətkar Seqomosonu yerə yıxaraq zorlamağa çalışıb. Kutlvano qışqırmağa, ağlamağa, cinayətkarı təpiklə vurmağa başlayıb.

Kişi qadını buraxaraq Kutlvanonu döyməyə başlayıb. Seqomoso böyük oğlu ilə yola qaçaraq ötən maşınların sürücülərindən yardım istəyib, amma kimsə maşınını saxlamayıb. Hadisə yerinə qayıdanda o, cinayətkarın oğlunu boğduğunu, sonra da sınmış butulkanın qırığı ilə Kutlvanonun boğazını kəsdiyini görüb.

32 yaşlı cinayətkar tutulub. Şimali Keyp sakinləri məhkəmə qarşısına toplaşaraq qatilə ən ağır cəzanın verilməsini tələb ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm