Tovuzda avtomobil 55 yaşlı qadını vurub
Bizi izləyin

Hadisə

Tovuzda avtomobil 55 yaşlı qadını vurub

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Əlibəyli yolunda qeydə alınıb. Belə ki, 55 yaşlı Şölə Rzayeva yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı ətrafdakıların köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm