Sərnişin avtobusu aşdı - 9 ölü, 11 yaralı
Bizi izləyin

Hadisə

Sərnişin avtobusu aşdı - 9 ölü, 11 yaralı

Çinin cənub-qərbindəki Quyçjou vilayətində baş vermiş yol qəzasında 9 nəfər ölüb.

Publika.az xəbər verir ki, Anşun şəhər dairəsində baş vermiş hadisə zamanı daha 11 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, içində 39 nəfər sərnişinin olduğu avtobus yolda qəfil çevrilərək aşıb.

Qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağırdır.

Polis qəzanın səbəbləri ilə bağlı təhqiqata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm