• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Azərbaycanda məşhur avtoritetə hökm oxundu

  • Hadisə
  • 24 Avqust 2016 09:51
  • 1 338 Baxış
Azərbaycanda məşhur avtoritetə hökm oxundu

Salyan Rayon Məhkəməsində “Tağı Salyanski” ləqəbli kriminal avtoritet Tağı Qasımova hökm oxunub.

Qanunsuz silah saxlamaqda ittiham olunan T.Qasımov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Salyan rayonunun Arbatan kəndində anadan olan və orada yaşayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində pasport qeydiyyatında olan 47 yaşlı Tağı Əli oğlu Qasımov bu ilin may ayında Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.

Onu da əlavə edək ki, bu maddə ilə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutlusa da, Tağı Qasımovun üzərində şərti məhkumkuğu olduğundan o, 4 il müddətinə azadlıqdan məhrum edilib.(Virtualaz.org)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>