Nabranda batan şәxslərin meyiti tapılıb
Bizi izləyin

Hadisə

Nabranda batan şәxslərin meyiti tapılıb

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.

Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm