Göyçayda 80 yaşlı kişini ilan sancıb
Bizi izləyin

Hadisə

Göyçayda 80 yaşlı kişini ilan sancıb

Göyçay rayon sakinini ilan sancıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin A.Məmmədxanlı küçəsindəki 18 saylı evin həyətində baş verib. Şəhər sakini 1936-cı il təvəllüdlü Xudiyev Tahir Abil oğlu həyətdə gəzərkən çəmənlikdəki ilan qəflətən onu sancıb. Tahir Xudiyev təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

O, hazırda xəstəxanada müalicə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm