Hadisə
DƏHŞƏTLİ QƏTLİN SİRRİ açıldı: Cəsədini timsahlara atıblarmış...
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) 7 il əvvəl itkin düşən Britein Dreksel haqqındakı qan donduran faktı üzə çıxarıb.
Publika.az “İndependent” qəzetinə istinadən xəbər verir ki, ABŞ-lı Britein Dreksel 2009-cu ildə ailəsinə xəbər vermədən Nyu-Yorkdakı Mayrtl sahilinə yoldaşlarıyla birlikdə tətilə gedib. Yoldaşının otelində qalan Dreksel 25 aprel 2009-cu ildə heç bir iz buraxmadan yoxa çıxıb.
Cinayəti etiraf edən Taquan Broun adlı şübhəli şəxs başqa bir hadisədə də qəsdən adam öldürmədə təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilib.
FBİ agenti Qerik Munoz illərdir xəbər alına bilməyən Britein haqqında əldə etdikləri ilk ətraflı məlumatları paylaşıb. Məhkum Brounun ifadəsinə görə Dreksel, Timoti Da Şaun Teylor (16 yaş) adındakı bir gənc tərəfindən qaçırılaraq bir evdə saxlanılıb. Teylor və başqa kişilər gənc qadına təcavüz ediblər. Dreksel bütün bu hadisələrin üzərinə evdən qaçmağa çalışdı, lakin gənc qadını tapançayla vuraraq təkrar evə gətiriblər.
Brounun sözlərinə görə, Drekselə iki dəfə atəş açılıb. Gənc qadın ölüncə, cinayətlə əlaqədar iz buraxmamaq üçün Drekselin cəsədini timsahlara atıblar.
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ