Gəncədə avtomobil piyadanı vurub
Bizi izləyin

Hadisə

Gəncədə avtomobil piyadanı vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin “Poçt” qəsəbəsinə gedən yolda qeydə alınıb.

Hələ ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən Daşkəsən rayonu, Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Sadiqov Vaqifi vurub. Sürücü xəsarət alan piyadanı Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına aparıb. Kimliyi məlum olmayan piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm