Bazarda qonşu qonşunun qanını tökdü - BƏRDƏDƏ
Bizi izləyin

Hadisə

Bazarda qonşu qonşunun qanını tökdü - BƏRDƏDƏ

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bərdə mərkəzi bazarında qeydə alınıb.

Rayonun Güloğullar kənd sakini, 1980-ci il təvəllüdlü Elsevər Cəfərovla həmin kənddə məskunlaşan Ağdam rayon sakini Ceyhun İbrahimovun arasında mübahisə baş verib. İki qonşu arasında bazarda baş verən mübahisə birincinin bıçaqlanması ilə nəticələnib.

Hadisə şahidlərinin bildirdiyinə görə, Ceyhun İbrahimov Elsevər Cəfərova qəflətən ürək nahiyəsindən bıçaqla zərbə endirib. Elsevər Cəfərov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Ceyhun İbrahimov isə qaçmağa cəhd edərkən polis tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm