• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İntiqam Əliyevə hökm oxundu

  • Hadisə
  • 22 Aprel 2015 18:33
  • 465 Baxış
İntiqam Əliyevə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev son söz deyib.

Hakimlər məsləhətləşmək üçün müşavirə otağına yollanıblar.

Günün ikinci yarısında İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə İntiqam Əliyevə hökm oxunub. Məhkəmənin hökmünə əsasən İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyir.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR